Sayfalar

Bu Blogda Axtar

23 Nisan 2012 Pazartesi

TREND...

Keçən həftə sizə bu ilin trendləri haqqında yazı söz vermişdim.Buyurun daha bir trend.Neon yəni fosforlu adlanan bu trend əyninizdə olduğu zaman heç şübhəsiz diqqətlər də üzərinizdə olacaq.Sarı geyinəni günəşə ,çəhrayı geyinəni çiçəyə bənzədən bu dəbi yay ərzində görəcəyik.



 Aşağıda gördükləriniz isə məşhur modelyer Michael Korsun fosforlu rənglərdən istifadə edərək yaratdığı geyimlərdir.Ən çox bəyəndiyim isə Jennifer Lopezin geyindikləri oldu.Bu rənglər ona çox yaraşır.




MÖHTƏŞƏM ÇANTALAR...








     Vogue us.

22 Nisan 2012 Pazar

RƏNGLİ DÜNYA...

Mənim dırnaq boyası ilə heç aram yoxdu.Yalnız xüsusi günlərdə dırnaq boyasından istifadə edirəm.Ancaq sevənlər var deyə sizin üçün bir-birindən maraqli boyanmış dırnaqlar tapdım.Əyər bunlara dırnaq demək olarsa.Sanki sənət əsəridir.Buyurun qiyməti siz verin:)






TREND...

Yay gəlir və özü ilə yeni trendlər gətirir.Bu yay çiçək motivli parçalardan hazırlanmış geyimləri görəcəyik hər tərəfdə.Yayın özü kimi al-əlvan olacaq xanımlar.Yayın trendlərini sizinlə paylaşmağa davam edəcəyəm gələcək günlərdə.






21 Nisan 2012 Cumartesi

KİPRİKLƏRİN OXDUR...









MƏŞHURLARIN GARDROBLARI...

Dünya ulduzlarının geyimləri məni həmişə maraqlandırıb.Əminəmki, sizi də maraqlandırır.Buna görə də bu xəbəri hazırladım.Aşağıda dünya ulduzlarının geyim otaqlarını görəcəksiniz.Birinci Christina Aguileradan başlayaq.Pələng dərisi motivli xalça,qırmızı rəngli pərdələr və böyük çilçiraq otağı cazibədar hala gətirib.Ayaqqabılara isə söz ola bilməz.
 Bu da Mariah Careyin geyim otağı.Düzü mənim çox bəyəndiyim otaqlardan biri bu oldu.Əyər ona otaq demək olarsa.Bu otaq mənə daha çox böyük mağazaları xatırlatdı.Bu inanılmazdır.Mariahın 1000 cüt ayaqqabısı var.Otaqda diqqət çəkən başqa bir şey yenə böyük çilçiraqdır.



 Bu da Kim və Kortney Kardashianın bacılarının otaqları.Onların otaqlarının çox da böyük özəlliyi yoxdur.Amma ayaqqabı kolleksiyalarına hər qadın sahib olmaq istəyər.:)



  Fergienin otağı bir dünya ulduzuna yaraşan otaqlardandır.

20 Nisan 2012 Cuma

YENİ DƏB:PİNJAMA...

Dəb hər gün dəyişir."Əsla geyinmərəm" dediyimiz geyimləri belə dəbdir deyə geyinirik.Modanın hər gün belə sürətlə dəyişdiyi bir vaxtda daha bir yenilik.Yuxudan durduqdan sonra əyninizi dəyişməyə ehtiyac yoxdur.Pinjama dəbi mənimdə əsla geyinmərəm dediklərimdəndir.Amma dünya ulduzları və Avropa qadınları artıq bu dəbi icra etməyə başlayıblar.Düzü Bakı küçələrində pinjama ilə gəzən qızlar təsəvvür etmək mənim üçün çox çətindir.Bu dəb bizim şəhərə gəlməsə yaxşıdır:))